Ərdoğanın masasının üstündə olan anket sorğusu... - "53-54 faiz səslə qalib gələcək"

img

19-05-2023 [00:01]


AK Partiya lideri Ərdoğamın Köməkçisi və partiyanın seçki işləri üzrə məsul şəxsi Əli İhsan Yavuz ikinci turla bağlı proqnozunu paylaşıb.

Mia.az xəbər verir ki, Haberturk TV-nin qonağı olan Əli İhsan Yavuzun sözlərinə görə, prezident Ərdoğan ikinci turda seçkini daha asanlıqla udacaq:

"Baxın, mayın 14-ü ilə bağlı seçkidə bəlkə 20-dən çox sorğu təşkilatı Ərdoğanın deyil, Kılıçdaroğlunun qələbə qazanacağını ardıcıl israr edirdi. O zaman bizim əlimizin altında 4-5  təşkilatın keçirdiyi gerçək sorğular vardı. Ərdoğan bunların hər birində 4-5 faiz öndə idi. Və bunlar 14 mayda bizim haqlı olduğumuzu göstərdi. Qarşı tərəf isə girdiyi havaların təsiri ilə alınan nəticə qarşısında çökdü. Və bu, o demək deyil ki, biz rahatlanmalıyıq. Xeyir. Daha güclü işləyəcəyik. Hesab edirəm ki, 2-ci turda Ərdoğan 53-54 faiz səslə qalib gələcək. Bunu əlimzidə olan sorğular da göstərir".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA