Binəli Yıldırım: "Sınan Oğanla bir yerrdə yol gedə bilərik, anlaşamayacağımız mövzu ola bilməz"

img

18-05-2023 [23:10]


Bu gün Ak Partiya sədr müavini Binəli Yıldırım "CNN TÜRK" açıqlamalar verib.

Mia.az xəbər verir ki, o, 28 mayda keçiriləcək təkrar seçkidə prezidentliyə keçmiş namizəd, 5.2 faiz səs alan Sınan Oğanın "dəstək verəcəyimiz namizədlə bazarlıq edəcəyik" mesajı ilə bağlı sualı cavablandırıb.

Binəli Yıldırım deyib ki, Sınan Oğanla bir yerdə yol gedə bilərlər: "Düzdür, bazarlıq söhbəti xoş deyil, ancaq bizim aramızda o qədər də böyük fikir ayrılığı yoxdur. Yalnız suriyalı qaçqınlarla bağlı, hə, var. Amma bilirsiniz, bu, bir anda həll ediləcək məsələ deyil..."

Yıldırım qeyd edib ki, qalan digər məsələlərdə, xüsusən PKK və digər məsələdə baxışlarımız eynidir: "Hesab edirəm ki, bir yerdə olmamızda problem yoxdur. Sinan bəylə anlaşamayacağımız bir mövzu ola bilməz, aramızda bir uçurum yoxdur".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq