Spiker kim olacaq? - Ərdoğan indidən hökuməti formalaşdırır

img

16-05-2023 [15:10]


Parlamentdə çoxluğu qazanması ilə ikinci tura zəmanət aldığını düşünən Prezident Ərdoğan indidən hökuməti formalaşdırır

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin "Cümhuriyyət" qəzeti yazıb.

Nəşr bildirib ki, Ərdoğan Süleyman Soylunu yenidən DİN, Mövlud Çavuşoğlunu isə XİN başçısı təyin etməyə hazırlaşır.

Bundan başqa, AKP-nin parlamentdəki fraksiya rəhbərinin müavini vəzifəsini icra edən keçmiş Bartın millət vəkili Yılmazun adı Ədliyyə Nazirliyi postuna hallanır: "AKP sədr müavini Əli İhsan Yavuzun da yeni kabinetdə ədliyyə naziri vəzifəsində adı hallanır. Türkiyə Böyük Millət Məclisinin sədrliyinə də vitse-prezident Fuat Oktay, keçmiş nazirlər Bəkir Bozdağ, Əbdülhamit Gül və AKP sədr müavini Numan Kurtulmuşun adları çəkilir. Onlardan biri, böyük ehtimalla Fuad Oktay spiker postuna gətiriləcək"

Samir

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq