ƏRDOĞANDAN TƏKRAR SEÇKİYLƏ BAĞLI MÜHÜM MESAJ: "Tarixi uğur qazanacağıq"

img

15-05-2023 [22:26]


"Səsimizi artırmaqla tarixi uğur qazanacağıq".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təkrar seçki ilə bağlı sosial şəbəkədəki müraciətində yazıb.

Ərdoğan bildirib ki, Türkiyə tarixinin ən yüksək iştirakı ilə keçirilən seçkilərdə xalq ona və lideri olduğu ittifaqa etimad göstərib: "14 may seçkilərinin qalibi 85 milyon nəfərlə Türk demokratiyası və Türk Milləti oldu. Millətimiz 27 milyondan çox səs - 49,51 faiz səslə bizə bir daha böyük rəğbət göstərdiyini nümayiş etdiirb. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisində çoxluğu Cumhur İttifaqına verərək, bizə və İttifaqımıza güvəndiklərini bir daha təsdiqləyib.

...Türkiyə dünən göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi. Ali Seçki Qurumunun açıqlamalarına görə, ən yaxın rəqibimizlə aramızda 2,5 milyon səs fərqi olmasına baxmayaraq, Prezident seçkiləri yarım xaldan da az fərqlə ikinci tura keçib.

Millətin iradəsindən başqa heç bir qüdrət tanımayan, millətin çəkdiyi səmtdən dönməmiş bir siyasətçi kimi, sandıq başında təzahür edən bu iradəyə hörmətlə yanaşırıq. Mayın 28-nə kimi dayanmadan, dincəlmədən, eşqlə qaçmaqla sevimli millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik.

Mayın 14-də əldə etdiyimiz səsi artıraraq 28 May seçkisindən qalib çıxacağıq və inşallah tarixi uğur qazanacağıq. 

Allah yar və yardımçımız olsun”.

P.S. Ərdoğanın müraciətinin tam mətri ilə aşağıda tanış ola bilərsiniz:

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq