"6-lı Masa"nın 3 partiyasının Kılıçdaroğluna xeyri nə oldu  və ya DEVA, Gələcək, Səadət neçə mandat qazand?

img

15-05-2023 [15:17]


Mayın 14-də keçirlən parlament seçkisində 169 deputat mandatı qazanan CHP-nin siyahısı ilə seçkiyə gedən 6-lı "Masa"nın 3 partiyası 2018-ci il seçkilərində 22.6 faiz səsə alan CHP-yə bu seçkidə cəmi 3 faizlik "xeyir" verib.

Mia.az xəbər verir ki, CHP parlament seçkisində 5,3 faiz səslə 169 deputat mandatı qazanıb.

Maraqlıdır ki, ittifaq razılaşmasına görə, CHP-ni n siyahısı ilə parlament seçkisinə qatılan partiyalar da parlamentdə tmsilçilik haqqı qazanıblar.

Rəsmi açıqlanan məluumata görə, CHP siyahılarından Deva Partiyasının irəli sürdüyü 25 namizəddən 14-ü, Səadət Partiyasının 24 deputat namizədindən 10-nu, Gələcək Partiyasının 19 namizədindən 10-nu, Demokrat Partiyasının 3 namizədindən 3-nü də TBMM-yə vəsiqə əldə ediblər.

Onu da qeyd edək ki, İYİ paertiyası təkbaşna seçkiyə gedib və 44 deputat yeri qazanıb.

Bununla da Mllət İttifaqı ümumilikdə 250 yerlə parlamentdə təmsil olunacaq.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq