Kılıçdaroğlu "balkon çıxışı"nda: "Millətimiz ikinci tur deyirsə, başımız üstünə" - "Mütləq, amma mütləq qazanacağıq"

img

15-05-2023 [09:42]


Prezident və parlament seçkilərinndə səslərin sayımılna sona yaxınlaşarkən Prezident Ərdoğanın "balkon" çıxışından az sonra Kamal Kılıçdaroğlu da "Balkon çıxışı" edib.

Mia.az xəbər verir ki, Millət İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlu səsvermədə iştirak edən və ona etimad göstərən hər kəsə təşəkkür edib: "Səsverməyə gedən hər kəsə ürəkdən təşəkkür edirəm. Seçkilərdə iştirak nisbətinin yüzdə 90-a yaxın olması və prosesin demokratik şəraitdə davam etməsi sevindirici haldır. Ərdoğanın Bütün böhtanlarına baxmayaraq,  istədiyi sonuncu ala bilməmişdi. Seçkini balkonda qazanmaq olmaz".

Kılıçdaroğlu bildirib ki, hazırda da nəticələr YSK-ya göndərilir: "Səslərin sayımı davam edir. Millətimiz ikinci tur deyirsə, başımız üstünə. İkinci turda mütləq, amma mütləq qazanacağıq. Bunu hər kəs bilsin".

İttifaq namizədi deyib ki, Ərdoğöan hazırkı nəticələrə görə etimad səsi ala bilməyib: "Önümüzdəki 15 gün boyunca haqqı, ədaləti gətirmək üçün hər şeyi  edəcəyik. Bu ölkəyə mütləq demokratiya gətirəcəyik".

Samir Musayev

mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq