Sabah hava necə olacaq? - Proqnoz

img

13-05-2023 [13:23]


Bakıda və Abşeron yarımadasında mayın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Mia.az xəbər verir ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA