DAHA BİR ŞƏHİDİMİZ VAR - MN açıqlama yaydı

img

13-05-2023 [14:23]


Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Mia.az xəbər evrir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

***

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev Qəbələ şəhərində torpağa tapşırılıb.

Mia.az xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Allah rəhmət eləsin!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:02 27.05.2025

Ərdoğan Laçına gəlir

11:32 27.05.2025

Sabahın hava proqnozu...