Kılıçdaroğlu Rusiyaya iki dildə sensasiyalı mesaj verdi: "Əllərinizi Türkiyədən çəkin" (AÇIQLAMALAR)

img

12-05-2023 [11:17]


Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Rusiyanı hədəfə alan sensasiyalı bəyanat verib.

Mia.az xəbər verir ki, o, Tviter üzərindən rəsmi Moskvaya həm rus, həm də türk dillərində xəbərdarlıq edib.

Prezidentliyə namizəd Türkiyədə seçki qabağı ortaya atılan seks görüntüləri, şantaj və montaj alətlərinin məhz Rusiya tərəfindən həyata keçirildiyini iddia edib. Və bu səbəbdən belə bir paylaşım yayıb: "Əziz rus dostlar, dünən bu ölkədə ifşa olunan montajların, Deep Fake məzmunlu yazıların və kasetlərin arxasında siz dayanırsınız. Dostluğumuzun 15 maydan sonra da davam etməsini istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən çəkin. Biz hələ də əməkdaşlıq və dostluq tərəfdarıyıq".

Xatırladaq ki, bu tvitlər qısa zamanda dünya çənhur media orqanlarının manşetlərndə yer alıb.

Onu da qeyd edək ki, seks videosu ilə təhdid olunan Məhərrəm İncə dünən prezidentliyə namizədliyini geri götürüb.  

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək.

Zülfiyyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR