Baxçalı "seks kaset" təhdidlərinə "od püskürdü": "Namussuz montajcılar, şəxsi həyat cəlladları işbaşındadır"

img

12-05-2023 [00:03]


MHP sədri Dövlət Baxçalı prezidentliyə namizədliyini geri çəkən Məhərrəm İncənin qərarına üstüörtülü münasibət bildirib.

Mia.az xəbər verir ki, Ordu şəhərində mitinqdə çıxış edən Baxçalı son günlər ortaya təhdid silahı kimi çıxan seks görüntüləri şantajlarından söz açıb.

Baxçalı qeyd edib ki, "qaranlıq əllər" son günlər mayın 14-dəki seçkilərə kölgə salmaq üçün hərəkətə keçib: "Bu namussuz montajçılar və şəxsi həyat cəlladları iş başındadır. Qlobal media, xarici güclər, ruhunu imperializmə satan daxili mərkəzlər, sosial media terrorçuları, Agent təxribatçılar, separatçı dairələr, qəzəblənmiş türk düşmənləri mayın 14-də keçiriləcək seçkidə Cumhur İttifaqının taleyüklü qələbəsinə kölgə salmaq üçün mənfur hiylələr və planlar həyata keçirirlər .Lakin nə edirlərsə etsinlər, nə böhtan atsalar da, əbəsdir, millətin iradəsinə mane ola bilməyəcəklər. Türkiyənin tempini aşağı sala bilməyəcəklər.  Türk millətinin zəfərinin qarşısını ala bilməyəcəklər. Biz sarsılmaz mövqeyimizlə bunun qarşısını alacağıq".

Samir 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR