ABŞ-ın "Bloomberg" saytı Məhərrəm İncənin qərarını Receb Tayyip Ərdoğanın qarşısındakı rəqib sayının azalması kimi təqdim edib: "Əsas məsələ budur: İncənin tərəfdarlaır kimə səs verəəck? Bu, hələ dəq eyri-müəyyənliyini qoruyur".
"Bloomberg" Məhərrəm İncənin istefasında seks kaseti təhdidi və Ərdoöan iqtidarından aldığı iddia olunan rüşvət skandallarının rolunu qabardıb.
Məşhur "Al Jazeera" isə Məhərrəm İncənin geri çəkilməsinin Ərdoğanın əleyhinə işləyəcəyini iddia edib: "Müxalifət Prezident Ərdoğanı məğlub etməyə çalışır. Məhərrəm İncənin çəkilməsi müxalifətə əlavə güc verəcək". Ərəb mediası rəy sorğularında kamal Kılçdaroğlunun Ərdoğanı 5 faiz qabaqlamasını da xəbərinə əlavə edib.
Fransanın "Le Monde" qəzeti də Məhərrəm İncənin seçkiyə 32 gün qalmış geri çəkilməsi xəbərini manşetdən ddərc edib: "zatən, öz partiyadaşları da onu istefaya zorlayırdı. Onların fikirincə, namizədliyi ana müxalifət lideri Kamal Kılıçdaroğlunun 20 ildir iqtidarda olan Ərdoğana qarşı qazanmasına əngəl ola biləcəyindən narahat idilər. O səbəbdən xeyli tərəfdarı da partiyadan istefa vermişdi..."
ABŞ-ın daha bir media orqanı - "CNN International"ın xəbərinə görə, Məhərrəm İncənin geri çəkilməsi Kamal Kılıçdaroğlunun səs faizinə müsbət təsir edəcək: "Məhərrəm İncənin əsasən, müxalif bazasının səsini böləcəyi barədə narahatlıq vardı. İndisə bu narahatlıq aradan qalxdı..."
İngiltərənin BBC nəşri "Məhərrəm İncə: Türk namizəd dramatik şəkildə seçkidən çəkildi" başlıqlı xəbər dərc edib.
Xəbərin xülasəsindən deyilir: "İncə Ərdoğanı iqtidardan göndərmək üçün indiyə qədər sahbp olduğu ən böyük şansa malik olan muxalifətin səslərini böldüyü üçün artan bir basqı iəe qarşı-qarşıya idi....
Məhərrəm İncənin bu qərarı Ərdoğanın ən böyük rəqibi Kamal Kılıçdaroğluna böyük bir güc sağlayacaq".
Almanyanın "Der Spiegel" jurnalı Məhərrəm İncənin qərarını "Türkiyədə prezident seçkisi: Ərdoğanın rəqibi çəkildi" başlığıyla təqdim edib: "...bu qərar digər müxalif namizədlərə əlavə səs gətirəcək"..
F.ƏHMƏD
MİA.AZ