PREZİDENTLİYƏ NAMİZƏD SEKS KASETİ İLƏ HƏDƏLƏNDİ: "Sabah yayacam" - İş adamının xəbərdarlığına operativ cavab gəldi (Açıqlamalar)

img

10-05-2023 [15:04]


Vaxtı ilə prezident Ərdoğanla biznes layihələrində birgə çalışımış ailə dostu, iş adamı Ali Yeşildağ yaydığı videoçıxışlarda açdığı sirlərlə Türkiyə siyasətində seçkiqabağı "fırtına" yaradır.

Mia.az xəbər verir ki, Yaşıldağ sosial şəbəkədəki səhifəsində bu dəfə Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncəni hədəfə alıb.

Yeşildağ Twitter hesabında belə paylaşım edib: "Beldən aşağı vurmayacağımı dedim. Halbuki indi hər şey mübah. Xalq bu adamlar haqqında hər şeyi bilməlidir. Sabah saat 12:00-da Tayyub abimə (Ədoğan) "işləyən" Məhərrəm İncənin seks kasetindən bir bölümü paylaşacağam. Uşaqları ekranlardan uzaq tutun".

Yeşildağın bu paylaşımı qısa zamanda ölkə gündəmində bomba effekti verib.

Məhərrəm İncə isə dəqqiqələr keçməmiş bu xəbərdarlıq tvitinə reaksiya verib.

O, Tviter-də yazıb ki, nə saxta görüntü varsa, gözləməsin, yaysın: "Hansı saxta sənəd, saxta qəbz, saxta şəkil varsa, bir dəqiqə belə gözləmədən onu dərc edin. Mən heç vaxt FETÖ-yə, PKK-ya, Hizbullaha boyun əyməmişəm. Məhkəmədə hamınızla birlikdə görüşəcəyəm".

Samir MUSAYEV

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib