Türkiyədə mədən çökdü: ölən və yaralılar var - FOTOLAR

img

10-05-2023 [00:26]


Türkiyənin Manisa şəhərinin Soma rayonunda yeraltı kömür mədənində qəza baş verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 21:00 radələrində rayonunun Darkale bölgəsində çökən mədndə 4 nəfər dağıntılar altında qalıb.

Məlumata görə, yerin altında qalan Mehmet Şeren, Mehmet Arslan və Onur Topbaş mədən işçilərə tərəfindən yaralı halda xilas edilərək Soma Dövlət Xəstəxanasına aparılıb: "Fesih Acar adlı işçinin axtarışı isə davam edir. İlkin məlumata görə, o, həyatı ilə vidalaşıb"

Məsələ ilə bağlı açıqlama yayan Manisa valiliyindən bildirilib ki, çökən mədəənin altında qalan işinin cəsədinin çıxarılması üçün əməliyyat-axtarış tədbirləri davam edir: "Paralel olaraq qəzanın səbəbi ətraflı araşdırılır".

Samir Musayev

Mia.az

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA