Ərdoğandan İmamoğlunun daşa basılmasına reaksiya: "Uduzacaqlarını anlayırlar" - FOTO

img

08-05-2023 [20:00]


Prezident Ərdoğan İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun Ərzurumda mitinq keçirərkən daşa basılmasından danışıb.

Mia.az xəbər verir ki, bu gün Ədirnədə seçki mitinqində çıxış edən prezident Ərdoğan ad çəkməsə də, İmamoğlunu qarayaxmada ittiham edib: "Onlar artıq uduzacaqlarını anladıqlarından palçığa yatmağa başlayıblar. Xüsusilə texnoloji imkanların belə inkişaf etdiyi bir zamanda bu hiylələr köhnəlib. Utanmadan şəhərlərimizə qara yaxmağa başlayblar. Özləri özlərindən təxribatlar törətməyə başlayıblar...".

Ərdoğan daha sonra 20 illik iqtidarı dövründə görülən işlərdən danışıb, paralel olaraq  Kamal Kılıçdaroğlunun fəaliyyətini tənqid edib.

Onu da qeyd edək ki, İmamoğlunu və CHP tərəfdarlaırnı daşa basan qrupdan 15 nəfər saxlanılıb.

Samir

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA