SƏLİM MÜSLÜMOV HAKİM QARŞISINDA - Sabiq nazir ziyandan daha 4.5 milyon ödəyib
08-05-2023 [18:07]
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxsə verilən müddətdə böyük məbləğdə dəymiş ziyanın ödənilməsi həyata keçirilib.
Şirkətlərlə bağlı mənimsəmə faktı istisna olmaqla təqsirləndirilən şəxs Səlim Müslümov dərmiş ziyan tam ödənilib. Həmçinin S.Müslümov sonuncu dəfə bu il aprelin 18-də şirkətlər tərəfindən mənimsənilmiş 4,5 milyon manatı da ödəyib. Ödənilən məbləğin çekləri də məhkəməyə təqdim edilib.
Eyni zamanda həmin şirkətlər də dəymiş ziyanın 600 min manatını ödədiyi qeyd olunub.
Məhkəmə ibtidai istintaqa mənimsəmə epizodu üzrə şirkətlərin ödədiyi yekun məbləğlə bağlı son məlumat üçün sorğu göndərib. Sorğuya cavab gəlmədiyi üçün məhkəmə prosesi mayın 15-nə təyin edilib.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb(Report).
Azərbaycan IFC ilə əməkdaşlıq sazişi imzaladı
Xəzərin suyu duzsuzlaşdırılacaq - Yeni zavodu üzrə saziş imzalandı
"Çox gözəl qonarar verirdilər, ancaq ərim icazə vermədi" - Qumralı İrana çağırırlarmış
Yaşar Nurinin qızı bu görüntüylə gündəmə gəldi - VİDEO
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
"Beşiktaş"ın "Kayserispor"da start heyəti dəqiqləşir - 8 futbolçu oynaya bilməyəcək
Avropa Liqası: "Fənərbağça"nın oyununu fransız hakim idarə edəcək
Ermənistan vətəndaşları Bakıda məhkəmədə - İki kəndə hücumla bağlı sənədlər elan edilib
Adnan Əhmədzadənin vəkili: "Hər bir proses hüquq üzərindən aparılır"
Balıkəsirdə daha bir zəlzələ oldu - 4.5 bal gücündə
Samir Məhərrəmli 3 oyunluq cəzalandırılıb
Meyxanaçı Balaəlinin 34 min manatlıq saatı - VİDEO
Qəzzada itkilər artıb
Bu bankların əmlakları hərraca çıxarıldı - SİYAHI + MƏBLƏĞ
Ağdərənin Həsənriz kəndinə daha 115 nəfər köçürüldü
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Sabah yağış yağacaq
Baş Qərargah rəisi Belarusa gedib
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Hökumət qərar verdi
CHP Ərdoğanın partiyasını qabaqlayır, MHP geriləyib - Sorğu
Avtomobilinə kvadrat nömrə arzulayan sürücülərin diqqətinə! - Qanunla belə almaq olur - VİDEO
"İki dəfə dünya çempionu olmuşam, bir səhvdir, etmişik" - Mayora hücum edən idmançılar hakim qarşısında
İctimai yerdə futbol oynayan uşaqların valideynləri cərimələnb
ChatGPT-lə bağlı yeniliklər olacaq
İlham Əliyev prokurorların beynəlxalq konfransının iştirakçılarına müraciət göndərib
2600 manat birdəfəlik müavinət necə veriləcək? - Deputatdan açıqlama
Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - İlham Əliyev müraciət ünvanlayıb (Yenilənib)
Bakının əsas mərkəzi yolları yenidən açıldı
ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 5 yaralı var
50 yaşlı keçmiş məhkum 64 yaşlı həmkəndlisini döyə-döyə öldürüb
Türkiyədə yenə zəlzələ olub
Oğuzda əməliyyat: ər, arvad, gəlin və oğul qandallandı - FOTO
Ali Koç getdi, yeni prezident seçildi - Komanda 10 nəfər qalan rəqibə qalib gələ bilmədi
Ərdoğan ABŞ-da: "Trampla regional müzakirələr aparacağıq" - FOTO
Qəzzada qida çatışmazlığı: son 24 saatda daha 5 nəfər acından ölüb
Fələstin XİN: "Oxşar addımı ABŞ-dan da gözləyirk"
Dünyanın estetik cərrahları Bakıya toplaşır - Məşhur hipnozçu Korzay Koçak onların arasındadır (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR