1.7 milyonu İstanbula toplayan Ərdoğan: "Burada qucaqlaşmağımız təsadüfi deyil" - FOTO

img

08-05-2023 [11:47]


Prezident Ərdoğan dünənİstanbulda Atatürk Hava Limanı Millət Bağçasında keçirilən və 1 milyon 700 min insanın iştirak etdiyi AK Partiya mitinqi ilə bağlı paylaşım edib. 

Mia.az xəbər verir ki, Prezident Ərdoğan bu mitinqin qələbəyə aparan yol olduğunu yazıb: "Əlbəttə, 14 May yolunda ən böyük qucaqlaşmamızı Atatürk Hava Limanı Milli Bağçasında keçirməyimiz təsadüfi deyildi. Dünən İstanbul daha bir gözəl, başqa bir möhtəşəm idi. Burada şəhərimizin 39 rayonundan 1,7 milyondan artıq həmşəhərimizlə "TÜRKİYƏ BİZƏ ƏMANƏT" dedik. Sözümüzü təzələdik, sevgimizi yenilədik, sevgimizi gücləndirdik. sevgi, dostluğumuz və həmrəyliyimizi gücləndirdik".

Ərdoğan daha sonra CHP zehniyyətini tənqid edərək, bildirib ki, indiyə qədər necə millətlə yol getdisə, bu gün də, sabah da birlkdə yol yoldaş olmağa davam edəcək: "Dünən meydanı sevgisi, şövqü, təqdiri, əzmkarlığı və idarəçiliyi ilə dolduran, girə bilməyib geri dönmək məcburiyyətində qalan bütün qardaşlarıma təşəkkür edirəm”.

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib