Ömər Çelikin qərargahına bıçaqlı hücum olub - Yaralı var (FOTO)

img

05-05-2023 [00:34]


AK Partiya sözçüsü Ömər Çelikin deputatlığa namizəd olduğu Adanadakı seçki qərargahına bıçaqlı hücum olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ömər Çelikin seçki qərargahına hücum edən iki nəfər orada işləyən Cumali Günalla  bıçaq zərbəsi vurublar: "Qarın boşluğundan bıçaqlanan Cumali Günal dərhal xəstəxanaya aparılıb. Ətrafdakıların müdaxiləsindən sonra hadisə yerindən qaçan basqınçılardan biri Sezer A. tutulub, digərinin isə axtarışı davam edir".

AK Partiya Adana şəhər təşkilatının sədri Mehmet Ay hadisə yerinə gələrık,  açıqlama verib.

O deyib ki, basqınçıların hansı məqsədlə hücum etdiyini bilmirlər: "Bunu dəqiqləşdirmək üçün biz də araşdırmalara başlamışıq. Təbii, baş verən hadisədən  çox kədərlənirik. Bu gün seçki büromuzda 2 nəfər işçiyə hücum edib. Bu hücumu həyata keçirənlər qapını qıraraq zorla içəri soxulmağa, cana qəsd etməyə can atıblar. Təkrar edirəm, bu hadisənin siyasi və ya digər səbəbdən qaynaqlandığını bilmirik, amma bütün hallarda bu cür hücumları lənətləyirik".

Zülfiyyə

Mia.az

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA