TÜRKİYƏDƏKİ SEÇKİYƏ SAYILI GÜNLƏR QALDI: Ərdoğan, yoxa Kılıçdaroğlu? - Daha 12 Mərkəzdən sorğu

img

05-05-2023 [09:15]


Türkiyə mayın 14-dəki seçkilərə doğru irəlilədikcə, mərkəzlərin keçirdiyi sorğular daha böyük maraqla izlənilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə 12 tanınmış sorğu mərkəzləri ayrı-ayrı keçirdikləri sorğuların ortalamasını yayıblar.

12 təşkliatın (aşağıdakı cədvəldə həmin təşkilatların adları qeyd olunub - Mia.az) ortaq açıqlamasına görə, 14 may seçkilərində ölkənin prezidentini seçmək mümkün olmadığından, qalib 31 mayda keçiriləcək təkrar seçkidə müəyyənləşəcək.

Proqnoza görə, 2-ci tur seçkisində Ərdoğanla Kılıçdaroğlu yenə üz-üzə gələcəklər.

İddiaya görə, Kamal Kılıçdaroğlu yarışı 0.9 faiz səslə qalib bitirəcək: "İkinci turda Kılıçdaroğlunun 50,4 faiz, Ərdoğanın 49,5 faiz qazanacağı proqnozlaşdırılır".

12 sorğu mərkəzinin adları və yekun proqnozu ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Samir MUSAYEV

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA