Ərdoğandan qəzəbli açıqlama: "Bunların dini, əzanı yoxdur, bunlar kitabsızdır"

img

04-05-2023 [15:17]


Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Giresun şəhərində izdihalı seçki mitinqi keçirib.

Mia.az NTV kanalına istinadla xəbər verir ki, gündəmlə bağlı çxış edən Ərdoğan seçkilərə sayılı günlər qala üslubunu daha da sərtləşdirib.

Prezdent bildirib ki, Giresun əhalisi Fatehin etibarını heç vaxt itirməyib: "Giresuna olan sevgimiz, Türkiyə sevgimiz son nəfəsimizə qədər davam edəcək. Nə qədər ki, Giresun bizimlədir, hər maneəni aşacağıq. Bunun üçün 14 May çox önəmlidir. Təkcə bu meydanda olan sizlərin səs verməsi kifayət deyil, dostunuzu, qonşunuzu da seçkiyə aparıb bizə səs vermələrini təmin etməlisiniz. Yoxsa Qara dənizdə tapdığımız qaz klapanını bağlayacaqlar, Qabarda neft quyularını betonlayacaqlar. Şəhərlərimizi yenə qan, od boğacaqlar. Həbsxanada olan "Selo" (Səlahəddin Dəmirtaş-Mia.az) kürd qardaşlarımı Diyarbəkirdə küçəyə çıxartdı, 51 kürd qardaşımı öldürüldü, oğlumuz Yasin Börü şəhid etdilər. 

İndi də bunlar deyir ki, onun nə günahı var? Bay-bay Kamal bəy, daha nə olacaq? Kandildən Bay Kamala salam gəlir, "dəstəyimiz ona" deyirlər.  Bu Kandildəkilərin - Kürt qardaşlarımın onlarla əlaqləri yoxdur - dini, əzanı, kitabı yokxdur. Bunlar kitabsızdır...".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib