AKP "Ərdoğan uduzarsa, postu Kılıçdaroğluna verməyəcək" iddialarına belə reaksiya verdi: "Elə şey ola bilərmi?"

img

04-05-2023 [12:08]


Prezident Ərdoğanın lideri olduğu Ak Partiyanın parlamentdəki fraksiyasının sədr müavini Özlem Zengin Habertürk-ün canlı yayımında Kübra Parın gündəmlə bağlı suallarını cavablandırıb.

Mia.az xəbər verir ki, Özlem Zengin Ərdoğanın son dönəmdəki açıqlamalarından yola çıxılaraq "Ərdoğan uduzarsa, postu Kılıçdaroğluna verməyəcəkmi?" sualına "Belə bir şey ola bilərmi? Prezident postunu təhvil verməmək kimi  bir şey müzakirə mövzusu ola bilməz. Bütün qərarı millətimiz verir. Bütün qərar seçki qutusundan çıxır...", - cavabı verib.

Özlem Zengin

Xatırladaq ki, prezident Ərdoğan son mitinqlərində Kamal Kılıçdaroğlunu PKK liderlərindən təlimat almaqda, onlarla danışıqlarda ittiham edən ittihamlar səsləndirir. O, son çıxışlarının birində belə deyib: "Nə yazıq ki, biriləri başda Bay-Bay Kamal olmaq üzrə Kandillə görüşlər keçiriirlər. Yazıqlar olsun, Kandil bunları dəstəkləyəcək. Kandilin dəstəyilə bərabər bu ölkədə Prezident olacaq. Mənim millətim Kandildən aldığı dəstəklə Prezident olana bu ölkəni təslim etməz".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib