Türkiyədə daha iki zəlzələ oldu

img

04-05-2023 [11:05]


Bu gün Türkiyənin Ege dənizində Saros körfəzi yaxınlığında zəlzələ baş verib. 

Mia.az xəbər verir ki, bu barədə Türkiyə AFAD-ı məlumat yayıb.

Bildirilib ki, körfəz yaxınlığında 4 bal gücündə zəlzələ baş verib: "Yerin 18,31 kilometr dərinliyində baş verən yeraltı təkan Eceabat bölgəsində 16,82 kilometr aralıda qeydə alınıb".

Bundan başqa, bu gün səhərə yaxın Kahramanmaraşın Göksun rayonunda 3.2 bal gücündə daha bir zəlzələ olub.

Xatırladaq ki, dünən yerli vaxtla axşam saat 20.16 və 20.22-də də Kahramanmaraşın Göksun rayonunda 5 və 4.1 bal gücündə zəlzələlər baş verib.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib