Azərbaycanda yaşayan türkiyəlilər səs verir

img

03-05-2023 [15:59]


Mayın 14-də Türkiyədə keçiriləcək Prezident və parlament seçkilərində iştirak etmək üçün Azərbaycanda yaşayan qardaş ölkənin vətəndaşları üçün müvafiq şərait yaradılıb.

Mia.az xəbər verir ki, səfirliyin binasında artıq seçki qutuları quraşdırılıb.

Belə ki, 5 may 09:00-dan etibarən 7 may 21:00-a kimi qardaş ölkənin vətəndaşları səfirliyin binasına gələrək orada səs verə biləcəklər. Bununla əlaqədar səfirliyin binasında 9 seçki qutusu quraşdırılıb.

Qeyd edək ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirak etməsi üçün Gəncədə və Naxçıvanda da 3 seçki qutusu quraşdırılıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA