Fəlsəfə doktoru dərəcəsi almaq istəyən 30, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə "yox" deyildi

img

02-05-2023 [16:28]


Aprel ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Mia.az xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, həmin müddətdə 53 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 30 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə isə imtina cavabı gəlib:

"Bundan başqa, keçən ay 16 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 5 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə imtina verilib".

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA