Zahid Orucdan Türkiyədəki seçkilərə reaksiya: ”Seçkilərin nəticələri Çanaqqala və Şuşa Zəfərini...” - VİDEO
02-05-2023 [11:29]
"Beynəlxalq təhlükəsizlik sisteminin hazırki böhran şəraitində Türkiyədə keçirilən prezident seçkiləri müstəsna əhəmiyyət daşıyır".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisiin komitə sədri, Sosial Tədiqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, mühüm beyin mərkəzləri, eləcə də "Washington Post", "Bloomberg" kimi nüfuzlu dərgilər seçki nəticələrini Vaşinqton və Moskva ilə birlikdə, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika ölkələrində geosiyasi və iqtisadi hesabları yenidən dəyişəcək hadisə adlandırır:
"Göründüyü kimi, son 20 ildə sürətli dəyişikliklərlə mənəvi və siyasi coğrafiyasını genişləndirən Türkiyə “bölgə dövləti” statusundan çıxıb. Bəli, Türkiyədəki seçkilər təkcə ölkəiçi hadisə deyil. Çin seçimlərdə kimə üstünlük verdiyini açıq bildirir, Rusiya prezidenti Akkuyu atom stansiyası ilə nüvə klubuna qoşulan Ərdoğanı dünyada lider böhranı şəraitində əvəzolunmaz adlandırır".
Zahid Oruv deyir ki, Azərbaycan xalqının Türkiyəyə xüsusi rəğbətinin kökündə başlıca olaraq, Ulu öndərin “bir millət, iki dövlət” ideyasının gerçəkləşməsi və Vətən müharibəsində Qələbəmizə göstərilən mənəvi-siyasi yardım dayanır: "Halbuki Azərbaycanı 1991-ci ildə ilk tanıyan dövlətlə strateji müttəfiqliyə yalnız 2010-cu nail olundu. Əgər 90-cı illərdə Türkiyə Azərbaycana iki vertolyot verməkdə risq görürdüsə, 2020-ci ildə F-16 təyyarələrinin ölkəmizdə varlığı xarici təhlükələrə qarşı birgə savaşın simvoluna çevrildi. Nəticədə “işğala məruz qalan ölkə” statusu dünyada “tək qalib dövlət” səviyyəsinə yüksəldi, Çanaqqala və Şuşa Zəfəri eyni Qurtuluş hərəkatı adlandı.
Ona görə də Sosial Tədqiqqatlar Mərkəzi Türkiyədə keçirələcək seçkilərə cəmiyyətimizin münasibətini öyrəndi. Bəlli oldu ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti, yəni 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izləyir, 73.3%-i nəticələri ölkəmiz üçün çox əhəmiyyətli sayır.
Vətəndaşlarımızın 90.4%-i seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyir, yalnız 5.1%-i Kamal Kılıçdaroğlunu qalib görməyi arzu edir. Rəcəb Tayyib Ərdoğana rəğbətin səbəbləri Vətən müharibəsində Qələbəyə göstərdiyi prinsipial dəstəyə, azad olunan torpaqlara səfərləri və Zəfərimizin simvolu olan Şuşada imzalanan hərbi-siyasi müttəfiqlik bəyannaməsinə, İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi qətiyyətli mövqeyə, Ermənistanla aparılan “sülh danışıqları”nda birgə hərəkətə, Rusiya-Ukrayna müharibəsində Türkiyəni lider edən müstəqili siyasətə görədir.
Respondentlərin 68.7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bildirib, 26.0% isə hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan müttəfqliyinin inkişaf edəcəyinə inamını ifadə edib".
Komitə sədrinin fikirincə, nəticələr bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti Türkiyənin gələcək siyasətinin dəyişməməsini gözlənilən sülh müqaviləsi, Zəngəzur yolunun açılması, türk və islam dünyasında Türkiyənin liderlik rolunun davam etdirilməsi, o cümlədən Yaxın Şərq və beynəlxalq münasibətlər sistemi üçün əhəmiyyətli sayır: "Beləliklə, min illərdir qüdrətli dövlətlər qurmağı bacaran bir millət gələcək taleyini də məhz özü müəyyənləşdirib və inanırıq ki, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan birliyi sarsılmaz, əbədi və dönməz olacaqdır".
Samir Musayev
MİA.AZ
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq
PKK İraqın bu bölgəsindən geri çəkilib - Türkiyəyə görə
Çempionlar Liqasına "tarixi imza atan" qadın pilot oldu - FOTO
Livanda BMT əsgərləri tankla atəşə tutulub
Mədəniyyət Nazirliyi məlumat yayıb
Berlində cəzalar ağırlaşdırıldı - Yerə siqaret kötükləri atanları 3, zibil atanları isə 100 min avro cərimə gözləyir
Agentlik sədri xalası oğlunu yüksək vəzifəyə təyin edib, o isə... - Bir miluyonluq borc yaranıb
Müğənni Ruhinin borcu var
MN: "Ağdərə və Pirəkəşküldə..."
Abşeronda şirniyyat sexində işləyən işçi xəsartə alıb
İran XİN: "Biz gizli şəkildə heç bir nüvə obyektimizdə..."
Prezident xəbərdarlıq edir, Xətaidə isə nəticə çıxarmaq əvəzinə... - Qanunsuz tikintilər baş alıb gedir
İsrail ordusu 20-dək fələstinlini saxlayıb
Yazıçı Anar bu fotosu ilə bağlı “Hazırda evdəsinizmi?” sualına cavab verməyib - FOTO
Prezident WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
Nigeriya uduzdu, "Qalatasaray"ın hücumçusu sıradan çıxdı
ABŞ-da silahlı insident: 6 nəfər ölüb, çoxlu sayda yaralı var
Sakurajima Vulkanı püskürdü - Kül 4,4 kilometrə yüsəlib
Mehriban Əliyeva bu fotonu paylaşdı - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə - Nələr gündəmə gətirilib?
Səssiz deputat kimdir: xaricdə şirkət sahibi, yoxsa diplomat çətiri altında karyera quran siyasətçi? - FOTO
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI