"İlham qardaşıma çox minnətdaram" - Ərdoğan Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı buraxılan poçt markasını təqdim etdi

img

29-04-2023 [14:33]


Türkiyə Prezidenti Ərdoğan Prezident İlham Əliyevə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə buraxılan poçt markası təqdim edib.

Mia.az xəbər verir ki, Ümummilli Liderin yubileyinə həsr olunmuş poçt markası Azərbaycan liderinə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında təqdim olunub.

Ərdoğan, eyni zamanda, Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğu evlərdən danışıb və buna görə "İlham qardaşıma çox təşəkkür edirəm" deyib.

Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun, qardaşlığın nə demək olduğunu göstərib”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyəyə işgüzar səfərə gedib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib