“Texnofest-2023” festivalı keçirilir

img

29-04-2023 [11:19]


İstanbul şəhərində, Atatürk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festivalı – “Texnofest-2023” keçirilir.

Mia.az xəbər verir ki, bu il 7-cisi baş tutan beynəlxalq tədbir artıq 6 ildir təşkil olunur.

Festivalda 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

Mayın 1-dək davam edəcək “Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunur.

Azərbaycan da beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur. Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA