TƏRTƏRDƏ NÖVBƏTİ MİNA PARTLAYIŞI: 3 şirkət işçi həlak oldu - Açıqlamalar (FOTO/YENİLƏNİB)

img

28-04-2023 [21:15]


Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.

***

Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Mia.az ANAMA-ya istinadla xəbər verir ki, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib