Əli Əsədov Məhəmməd Ben Sulayemlə görüşüb

img

28-04-2023 [18:13]


Baş nazir Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə "Formula 1" yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA