Qayınanası Britaniyanın baş naziri haqqında elə açıqlamalar verdi ki...  - "Qızım onu Baş nazir etdi"

img

28-04-2023 [15:01]


Britaniyanın baş naziri Rişi Sunakın qayınanası Sudha Murti mətbuata maraqlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə "Hindustantimes"ə danışıb.

Müsahibəsidə qızı Akşata Murtinin Rişi Sunakın həyatına bir çox cəhətdən təsir etdiyini iddia edib: "Mən ərimi iş adamı, qızım isə ərini İngiltərənin baş naziri etdi. Bu, biz qadınların gücündən, qabiliyyətindən və şöhrətimizdən irəli gəlir. Arvadın ərini necə dəyişdirdiyini bizim simamızda görə bilərsiniz".

Qızının həyat yoldaşının pəhrizinə də nəzarət etdiyini deyən Murti bildirib ki, Sunak hər cümə axşamı oruc tutur.

Lamiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA