Hərbçilərimiz “Anadolu Qartalı-2023" beynəlxalq hərbi təlimdə - VİDEO

img

27-04-2023 [16:34]


Aprelin 27-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub.

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA