Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında görüş olub

img

26-04-2023 [11:09]


Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.

Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.

Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA