LAÇIN YOLUNDAKI AKSİYANIN 132-ci GÜNÜ: yol açıqdır (Yenilənib)

img

22-04-2023 [20:00]


Bu gün 132 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyası davam edir.

Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar ərazimizdə ekoloji terrorunun dayandırılması və monitorinqin aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın-Xankəndi  yolu humanitar məqsədlər üçün açıqdır.

Saat 09.00 radələrində mülki ermənilər Beynəlxalq Qızıl Xaç Komitəsinə aid 4 maşında aksiyanın olduğu ərazidən keçməklə Ermənistana gediblər.

***

Bu gün saat 09.50 radlərində isə Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində Rusiya sülhməramlılarına məxsus 8 maşının maneəsiz hərəkət etməsinə şərait yaradılıb.

***

Saat 20.30-a olan məlumata görə, sülhməramlıların daha 75 maşını yoldan manəsiz keçib.

Bununla da Laçın yolunda sərbəst hərəkət edən sülhməramlıların maşınlarının  sayı 83-ə yülksəlib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq