Ərdoğanın lideri olduğu partiyanın rayon binasına silahlı hücum olub - FOTO (Yenilənib)

img

20-04-2023 [18:09]


Türkiyənin Adana şəhərində Ərdoğanın lideri olduğu AK Partiyanın Çukurova rayon binasına silahlı basqın edilib. 

Mia.az xəbər verir ki, bu barədə AK Partiya sədr müavini Erkan Kandemir sosial şəbəkədəki hesabında paylaşım edib.

O, bu silahlı hücumu qınayıb və həmin şəxsin cəzalandırılmasını tələb edib.

Hələlik hücum edən şəxsin kimliyi bəlli deyil.

Araşdırma gedir.

***

AK Partiya Adana şəhər təşkilatının sədri Mehmet Ay isə deyib ki, bir nəfər tərəfindən rayon şöbəsinin binasına 12 dəfə atəş açılıb: "Həmin bir nəfərin saxlanıldığı xəbərini aldıq. Biz hər cür zorakılığın əleyhinəyik. Hamımıza keçmiş olsun".

Xatırladaq ki, seçki prosesinə start veriləndən İYİ, CHP və indi də AKP-nn rayon şöbəsinə silahlı basqınlar baş verib.

Zülfiyyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq