"O, ilk dəfədir ki, belə qorxur..." - Paşinyana sui-qəsd hazırlığı var? 

img

19-04-2023 [11:53]


“Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizliyindən narahatdır”.

Bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, hökumət başçısı artıq narahatlığını gizlədə bilmir: “Paşinyan açıq-aydın nədənsə qorxur. Amma bunun dəqiq nə olduğunu yalnız özü bilir”.

Vurğulanıb ki, bunu baş nazirin dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir: “Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri deputatları izləyirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub”(Report).

Mia.az xəbər verir ki, Ermənistan tarixində parlamentdə və difgər dövlət obyektlərində vəzifəli şəxslərin güləbaran edilməsi barəəd onlarla faktlar var. Görünür, Paşinan da bu təcrübələri nəzərə alaraq, daha çox separatçılıq edən və "Qarabağ klanı" kimi tanınan keçmiş ölkə rəhbərliyinin yenidən hakimiyyətə dönmək üçün hansısa planından xəbərdardır. Yaxud da o, Rusiya ilə artan gərginlik fonunda nədənsə çəkinir.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq