Əli Əsədov doktoranturalarla bağlı yeni qərar imzalayıb

img

19-04-2023 [10:15]


Doktoranturaya xarici dil üzrə qəbul imtahanından azad olunmaq üçün magistrların malik olduğu beynəlxalq dil sertifikatlarının sayı artırılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” haqqında yeni qərar imzalayıb.

Qərara əsasən, xarici dil üzrə "Cambridge English Qualifications" beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.

Belə ki, indiyədək xarici dil üzrə yalnız IELTS, TOEFL, TestDaF, DELF, DALF və STANAG beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq