LAÇIN YOLUNDA AKSİYANIN 129-cı GÜNÜ: mülki ermənilər yolda rahat gediş-gəliş edirlər (Yenilənib)

img

19-04-2023 [17:11]


Bu gün 129 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyası davam edir.

Mia.az xəbər verir ki, azərbaycanlılar ekoloji terrorunun dayandırılması və ərazidə monitorinqə şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır. Demək olar ki, hər gün erməni mülkü əhali  Beynəlxalq Qızıl Xaç Komitəsinə aid maşınlarla Ermənistana sərbəst gedib-gəlirlər.

Bununla bərabər, sülhməramlıların maşınları da Xankəndi-Laçın yolunda maneəsiz gediş-gəliş edir.

Bu gün saat 09.30 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 13 maşında erməni ailələri aksiyanın olduğu ərazidən keçməklə Ermənistana gediblər.

***

Saat 10.00-dək  sülhməramlıların 36 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

***

Saat 13.00-a olan məlumata görə, sülhməramlıların daha 4 maşını yoldan manəsiz keçib.

Bununla da Laçın yolunda sərbəst hərəkət edən sülhməramlıların maşınlarının  sayı 40-a yülksəlib.

***

Bu gün saat 17.10 radələrində Ermınistan istiqamətindən BQXK-yə məxsus 12 maşın Xankəndinə doğru yollanıb.

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq