Tərtərdə mina partlayb - Bir nəfər yaralanıb

img

18-04-2023 [17:56]


Tərtər rayonunda bir nəfər minaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Partlayış nəticəsində 1980-cu il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA