İsrailin xarici işlər naziri Bakıya gəldi - Mikayıl Cabbarovdan açıqlama (FOTO/Yenilənib))

img

18-04-2023 [18:40]


İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan İsrail Xin başçısı ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə M.Cabbarov paylaşım edib.

O bildirib ki, Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə müzakirələr aparılıb: "Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını məmnunluqla vurğuladıq".

***

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir.

Mia.az xəbər verir ki, onu İsraildə fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrailin XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq