Ombudsman Başlıbel qətliamı ilə bağlı bəyanat yaydı - MƏTN
18-04-2023 [10:15]
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Bu gün tarix boyu Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəminində həyata keçirdiyi soyqırımı siyasətinin davamı olaraq 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamdan 30 il ötür.
İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı cinayəti nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi müxtəlif ağır işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır. Eyni zamanda kənd sakinləri arasında girov götürülənlər də olmuş və bugünədək itkin düşmüş hesab olunan həmin şəxslərin taleyi barədə heç bir məlumat yoxdur.
Bununla belə Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri də daxil olmaqla bütün infrastrukturu işğal dövründə tamamilə dağıdılaraq məhv edilmişdir.
Başlıbel kəndi işğal edilərkən həyatlarını xilas etmək üçün mağaraya sığınmaq məcburiyyətində qalmış 62 dinc sakinin yeri aşkarlandıqdan sonra onlar Ermənistan tərəfindən silahlı hücuma məruz qalaraq soyqırımı cinayətinin qurbanına çevrilmişlər.
Kəlbəcər rayonunun işğaldan azad edilməsi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin dəfn olunduğu yerin aşkar olunmasına zəmin yaratmış və onların qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirildikdən sonra ayrı-ayrı dəfn olunmuşdur.
Lakin çox təəssüflər olsun ki, dinc azərbaycanlıların Ermənistan tərəfindən məruz qaldığı bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlərə, habelə ölkəmizin tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmişdir.
Bir daha dünya ictimaiyyətinə müraciət edərək, dinc azərbaycanlılara qarşı çoxsaylı cinayət əməllərini, o cümlədən Başlıbel qətliamını törətməklə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirkar olan Ermənistan tərəfinin tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı qəti addımların atılmasını tələb edirik".
Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub