Ərdoğandan Kılıçdaroğlunun “300 milyard dollar” vədinə sərt reaksiya: "Bu zavallı ya sələmçilərdən vəd alıb, ya da..."

img

18-04-2023 [09:25]


İstanbul Maliyyə Mərkəzinin banklar mərhələsi dünən prezident Ərdoğanın iştirakı ilə açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdəki çıxışında Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə, ölkəyə 300 milyard dollar nağd valyuta cəlb edəcəyi barədə vədində toxunub.

Seçkidəki rəqibini boş vədlər vermək, bununla xalq arasında çaşqınlıq yaratmaqda ittiham edən Ərdoğan bildirib ki, bu 300 milyard dollar vədi cəfəngiyyatdan başqa bir şey deyil: "Bu bay Kamal deyir ki, İngiltərədən 300 milyard dollar gətirəcək. Belə cəfəng, boş yalan olarmı? Əksi varsa, demək ki, sələmçilərlə görüşüb, anlaşıb, vədlər alıb. Bu, təmiz puldurmu? 

İndi burada, bu açılışda maliyyə sektorunun mütəxəssisləri var. Sizdən soruşuram: belə bir şey mümkündürmü?

 Mən 20 il baş nazir və prezident olmuşam, dünyanın heç bir liderində belə cəfənglik görmədim".

Ərdoğan daha sonra Kılıçdaröğlunu aşağılayıb: "Bu zavallı hayatında bir dəfə məmurluq ediub, onda da işlədiyi quurmu batırıb. Geriyə nə qədər borc buraxdıqlarını xalqımız unutmayıb, unutmaz".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq