LAÇIN YOLUNDA AKSİYANIN 128-cı GÜNÜ: ermənilərin ekoloji terroruna qarşı etirazlar davam edir (Yenilənib)

img

18-04-2023 [17:13]


Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyasından 128 gün keçir.

Mia.az xəbər verir ki, azərbaycanlı gənclər ekoloji terrorunun dayandırılması və ərazidə monitorinqə şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır. 

Bu gün saat 09.30 radələrində erməni ailələr Beynəlxalq Qızıl Xaç Komitəsinə aid 6 maşınla Xankəndidən aksiyanın olduğu ərazidən keçməklə Ermənistana gediblər.

***

Saat 11.00 radələrində  sülhməramlıların 8 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

***

Saat 13.25-ə olan məlumata görə, sülhməramlıların daha 49 maşını aksiyanın olduğu ərazidən keçib.

Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının  sayı 57-yə yüksəlib.

***

Saat 16.45-ə olan məlumata görə, sülhməramlıların daha 17 maşını yoldan manəsiz keçib.

Bununla da Laçın yolunda sərbəst hərəkət edən sülhməramlıların maşınlarının  sayı 74-ə yülksəlib.

***

Bu gün saat 17.13 radələrində erməni ailələr Beynəlxalq Qızıl Xaç Komitəsinə aid 6 maşınla Ermənistandan aksiyanın olduğu ərazidən keçməklə Xankəndinə geri dönüblər.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq