Prezidentdən fərman: bu fondun vəsaiti ilə bağlı yeni qayda təsdiqləndi

img

17-04-2023 [15:10]


Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiqlənib.

Fərmanla Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Qayda “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA