LAÇIN YOLUNDA AKSİYANIN 126-cı GÜNÜ: tələblər qüvvədədir (Yenilənib)

img

16-04-2023 [17:40]


Bu gün 126 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya davam edir.

Mia.az xəbər verir ki, azərbaycanlılar həmişəki kimi, terrorun dayandırılması və ərazidə  monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır.

Bu gün saat 10.00 radələrində  sülhməramlıların 4 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

***

Saat 13.15-ə olan məlumata görə, sülhməramlıların daha 68 maşını aksiyanın olduğu ərazidən keçib.

Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının  sayı 72-yə çatıb.

***

Saat 17.40-a olan məlumata görə, sülhməramlıların daha 20 maşını aksiyanın olduğu ərazidən keçib.

Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının  sayı 92-yə çatıb.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA