Ermənistanda  Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırıldı - Rəsmi Bakıdan reaksiya (VİDEO)

img

15-04-2023 [00:05]


“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Mia.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadənin ermənilərin növbəti vandal hərəkətinə münasibəti barədə paylaşımında qeyd edilib.

O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir: “Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.

***

Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədilib. Belə ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb.

Ermənistan mətbuatıxəbər verir ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Mühafizəçi mitinqi aparan şəxsi tuta bilib, daha sonra içəriyə yeni bayraq gətirilib. Eyni hal Türkiyə bayrağı gətirilən zaman da baş verib, erməni azarkeşlər də zalda fit çalmağa başlayıblar(Report)

.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA