Azərbaycanda 19 il işləyən FETÖ-nün əsas adamlarından biri həbs olundu

img

14-04-2023 [15:26]


Türkiyə Milli Kəşfiyyat Tşkilatı (MİT) FETÖ deyilən qruplaşmanın əsas maliyyə pramidasının mühmüm üzvü olduğu iddia olunan Mehmet Cintosu adı açıqlanmayan ölkələrin birində həbs edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, MİT onu əli qandallı Türkiyəyə gətirib.

Məlumata görə, silahlı terror təşkilatına üzv olduğu üçün həbs olan Cintosun 1995-2014-cü illər arasında FETÖ-nün Azərbaycan üzrə yüksık səviyyəli nümayəndəsi olub: "Cintosun 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçıb. Təşkilat fəaliyyətini xaricdə davam etdirən Cintosunun FETÖ üzvlərinə kuryerlər vasitəsilə maliyyə dəstəyi verdiyini müəyyən edilib. Bundan başqa, onun Harun Tokak, Talip Büyük kimi qruplaşmanın üzvləri ilə birgə Türkiyədən qeyri-qanuni üsullarla xaricə qaçmaq istəyənlərə də maliyyə dsətəyi göstərdiyi haqda informasiyalar var".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA