SOCAR-ın 1 milyard dollarlıq əsas borcu ödənilib
14-04-2023 [11:48]
2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) London Fond Birjasında ("London Stock Exchange") 10 il müddətinə yerləşdirdiyi 1 milyard ABŞ dolları məbləğində avrobondların tədavül müddəti başa çatıb və əsas borc tam olaraq geri ödənilib.
Mia.az SOCAR-a istinadla xəbər verir ki, 4,75 %-lik kupon gəlirinə sahib olan avrobondların anderrayteri (emissiya prosesinin icraçısı) dünyanın ən böyük banklarından biri olan Almaniyanın “Deutsche Bank”ı olub.
SOCAR-ın ümumi korporativ maraqları çərçivəsində emissiya olunan avrobondlarının nominal qiyməti 1 000 ABŞ dolları təşkil edib və tədavül müddətində bazar qiyməti tələbdən asılı olaraq 1 071 ABŞ dollarına qədər yüksəlib. Kupon ödənişləri 6 aylıq qrafiklər əsasında həyata keçirilib, avrobond sahibləri 10 il ərzində toplam 475 milyon ABŞ dolları gəlir əldə edib.
“Petkim Petrokimya Holding” Anonim Şirkətinin 2018-ci ildə emissiya etdiyi 500 milyon ABŞ dolları məbləğindəki “Petkim 2023 avrobondları”nın da tədavül müddəti bitib və avrobond sahiblərinə əsas borc tam geri ödənilib. 5 illik müddətə buraxılan və İrlandiya Fond Birjasında ("Irish Stock Exchange") yerləşdirilən Petkim avrobondlarının illik kupon gəliri 5,875% təşkil edib. Sözügedən avrobondların nominal qiyməti 1 000 ABŞ dolları təşkil edib və tədavül müddətində bazar qiyməti 1 031 ABŞ dollarına qədər yüksəlib. “Petkim 2023 avrobondları”nın kupon ödənişləri 6 aydan bir icra edilib, 5 il ərzində investorlara ümumilikdə 147 milyon ABŞ dolları gəlir qazandırıb.
1 milyard 500 milyon ABŞ dolları məbləğində avrobond öhdəliklərini müvəffəqiyyətlə icra edən SOCAR beynəlxalq kapital bazarlarında etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq bazarda 750 milyon ABŞ dolları məbləğində SOCAR 2030 və yerli bazarda 100 milyon ABŞ dolları dəyərində SOCAR İstiqrazları hazırda uğurla tədavül edilir. Əldə edilən nailiyyətlərin davamı olaraq, SOCAR gələcəkdə də daxili və xarici kapital bazarlarının etibarlı və aktiv tərəfdaşı olmağı hədəfləyir.
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi