Kamal Kılıçdaroğluna sui-qəsd hazırlığı var? - Sabiq baş nazirin "sağ əli"ndən sensasiyalı iddia 

img

13-04-2023 [14:28]


Türkiyə mayın 14-də keçiriləcək seçkiləri ilə bağlı syasi gərginlik artır.

Mia.az Türkiiyə mətbuatına istinadla xəbər verir ki, keçmiş baş nazir, hazırda Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun müavini Səlcuq Özdağ Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğluna sui-qəsd hazırlığı olduğunu iddia edib.

Bu sensasiyalı iddia barədə Türkiyənin "Cumhuriyet" qəzetinə açıqlama verən Səlcuk Özdağ bildirib ki, keçmişdə siyasətçilərə və qəzetçilərə qarşı çoxlu sayda sui-qəsd olub: "Seçki gününə az bir zaman qala Kılıçdaroğluna belə bir cəhd ediləcəyini ejhtimalını çox ciddi düşünmək gərəkdir. Hesab edirəm, onun təhlükəsizliyi daha ciddi qorunmalı, cangüdənlərin sayı artırılmalıdır".

Maraqlı budur ki, Davudoğlunun müavinin  bu açıqlamasını CHP lideri Kamal Kılıçdaroğlunun müşaviri Ərdoğan Toprak təsdiqləyib: "Belə məcfi xəbərləri biz də alırıq. Ancaq dövlətin bu məsələdə ciddi addımlar atacağına inanırıq. Dövlətin əlində kəşfiyyat imkanı var. Bu məsələəd təcrübəli, namuslu insanlar var. Onlara güvənirik. Bu gilzi məlumatları yəqin ki, diqqətdəı saxlayırlar".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA