Qərbi Azərbaycan İcması Blinkenə üz tutdu: "Ermənistana dönməyimizə dəstək verin" - "Bu, həm də iki ölkə arasında sülhün davamlı olması üçün vacibdir"
13-04-2023 [10:37]
Qərbi Azərbaycan İcması ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub yazaraq, Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına ABŞ-ın dəstək verməsini xahiş edib.
Mia.az-ın İcmanın Mətbuat xidmətinə istinadla məlumatına görə, məktubda bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını qorumaq üçün 1989-cu ildən bəri fəaliyyət göstərir.
Müraciətdə deyilir ki, azərbaycanlıların kompakt yaşayan yerli əhali kimi mühüm mövcudluğa malik olduqları Ermənistandan qovulması 1991-ci ildə başa çatıb. Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi misli görünməmiş etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb:
“Ermənistan bu ölkədəki Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Mədəni və dini obyektlərin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirab verməklə yanaşı, beynəlxalq humanitar hüququ və insan hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, son üç onillikdə Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə icazə verməkdən imtina edib. Hərçənd, bu ziyarətlər sülh və barışıq üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır.
Bu ədalətsizlik Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb, onları ərazi iddiaları irəli sürməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı güc tətbiq etməyə, işğalçılığa, kütləvi etnik təmizləməyə və insanlığa qarşı digər cinayətlərə daha da həvəsləndirib.
İstərdik ki, Ermənistanın bu haqsızlıqlarına son qoyulsun və onun nəticələri aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanaraq, İcma Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını, eləcə də qayıtdıqdan sonra fərdi və kollektiv hüquqlarının həyata keçirilməsini təmin etməyə çalışır.
Biz dinc, təhlükəsiz və ləyaqətli qayıdış konsepsiyamızı hazırlamış və dərc etmişik. Həmin sənəd BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılıb.
2020-ci ildə Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması iki ölkə arasında davamlı sülhün əldə olunması üçün əlverişli zəmin yaradır. Lakin Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, Ermənistanda monoetnik dövlətçilik siyasətinin, etnik təmizləmənin, irqi ayrı-seçkiliyin davam etməsi böyük ədalətsizlikdir. Bu vəziyyət davamlı sülhə nail olmaq üçün aparılan səylərə kömək etmir.
Biz Ermənistan və Azərbaycanın dövlətlərarası münasibətlərini normallaşdırmaq üçün davam edən səylərini yüksək qiymətləndirməklə və ABŞ-ın bu prosesi asanlaşdırmaq səylərini təqdir etməklə yanaşı, iki ölkə arasında bağlanacaq sazişdə azərbaycanlıların Ermənistana geri qayıtmaq hüququnun təsbit edilməsinin vacib olduğuna inanırıq. Bu, həm də iki ölkə arasında sülhün davamlı olması üçün vacibdir. Aydınlıq üçün qeyd etməliyik ki, geri qayıtmaq hüququmuzun təmin edilməsi Ermənistan və Azərbaycan arasında davam edən danışıqların uğuru üçün zəruridir. Lakin, bu danışıqların uğuru geri qayıtmağımız üçün şərt ola bilməz. Vətənində yaşamaq əzəli və ayrılmaz hüquqdur və Ermənistan Azərbaycanla münasibətlərinin xarakterindən və danışıqların necə getməsindən asılı olmayaraq bu hüququmuza hörmət etməyə borcludur. Ermənistanın Azərbaycanla siyasi fikir ayrılıqlarının olması ona etnik azərbaycanlıları qovmaq və onların geri qayıtmasına mane olmaq haqqı vermir.
Azərbaycanlıların geri qayıtması məsələsi barədə qərar verməyi Ermənistanın ixtiyarına buraxmaq son dərəcə ədalətsiz və yanlış olardı. Bu, insan hüquqlarının aliliyi ideyasına zidd olmaqla, Ermənistanın apardığı irqi ayrı-seçkiliyin qəbul edilməsi demək olardı.
Buna görə də, biz ABŞ-dan xahiş edirik ki, müvafiq siyasi və təhlükəsizlik təşəbbüsləri və sosial-iqtisadi yardım proqramları həyata keçirməklə Ermənistandan qovulmuş azərbaycanlıların dinc, ləyaqətli və təhlükəsiz şəkildə öz vətənlərinə qayıtmasına kömək edərək insan hüquqlarımızı möhkəm və ardıcıl şəkildə qorusun.
Nəhayət, bir daha qeyd etmək istərdik ki, bizim Ermənistandan təhlükəsiz və ləyaqətli qayıdış hüququmuza hörmət etmək barədə qanuni tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə zərər vuracaq şəkildə yanlış şərh edilə bilməz. Biz beynəlxalq hüququn aliliyinə və dialoqun dəyərinə tam şəkildə inanırıq. Təcavüzkar separatizm və azlıqların hüquqları bəhanəsi ilə ərazilərin zorla ələ keçirildiyi regionumuzun daha geniş kontekstini nəzərə alsaq, bizim bu aydın mövqeyimiz alqışlanmağa layiqdir.
Bu müstəvidə, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqlarını təmin etmək və öz ərazi bütövlüyü və suverenliyi çərçivəsində re-inteqrasiya etmək niyyətini bəyan etmiş və əməli tədbirlər görmüş Azərbaycan hökumətinin müsbət yanaşmasına istinad etmək istərdik. Biz hesab edirik ki, Ermənistan hökuməti Azərbaycan hökumətinin bu yanaşmasına bizim hüquqlarımızı təmin etmək üçün beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə dair təşviqedici nümunə kimi baxmalıdır.
Əminik ki, Birləşmiş Ştatların qərəzsiz və hərtərəfli səyləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarına hörmət edilməsinə yardım edəcək və bununla da insan hüquqlarının ümumbəşəri dəyəri kimi qorunub saxlanması və davamlı sülhün bərqərar edilməsi təmin ediləcəkdir.
Biz Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı məsələlərdə ABŞ-ın müvafiq strukturları ilə dialoq və əməkdaşlığa hazırıq”.
Mia.az
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub