Partiya sədri yasda gözlənilməz etirazla qarşılandı: "Satqın..."

img

13-04-2023 [00:12]


DSP lideri Öndər Ağsakal dünən infarkt nəticəsində dünyasını dəyişən müavini Əhməd Murat Özbilgenin dəfn mərasimində gözlənilməz etirazla üzləşib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, prezident Ərdoğanı dəstəklədiyi üçün AKP-nin siyahısı ilə İstanbulda deputatlığa namizədliyi irəli sürülən Öndər Ağsakala yasda qəfildən bir nəfər "satqın" deyib, partiyasını mandata satmaqda ittiham edib.

Bu barədə sosial şəbəkədə yayılan qısa videodan (https://www.youtube.com/shorts/xIDBV-tyLog) görünür ki, bir nəfər “Partiyanı 3 mandata satdın” deyərək, Ağsakalı uca səslı qınayıb.  

Bir anlıq durğunluqdan sonra partiya sədri nəhayət, özünü toparlayaraq "Axmaq, hərif adam" deyə etirazçıya cavab verib.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA