Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
12-04-2023 [12:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı beynəlxalq tədbirlər əsnasında Şimali Makedoniyanın Prezidenti və Baş naziri ilə olan təmaslarını məmnuniyyətlə xatırladı.
Qəbula görə təşəkkürünü bildirən Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın prioritetləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirdi ki, Şimali Makedoniya sədrliyi çərçivəsində “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışıb. O, ATƏT-in Şimali Makedoniyaya üzv dövlət kimi verdiyi dəstəyini xatırladaraq, hazırda ölkəsinin bu təşkilatın gündəliyində duran məsələlərin həllinə öz töhfəsini verməyə çalışdığını dedi, bu baxımdan Şimali Makedoniyada daxili siyasətdə “Hamı üçün vahid cəmiyyət” konsepsiyasından çıxış etdiyini bildirdi, ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verdi. Bu xüsusda ölkəsinin əldə etdiyi təcrübənin Cənubi Qafqaz regionu ilə də bölüşməyə hazır olduğunu diqqətə çatdırdı.
Azərbaycan Prezidenti Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyasının, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsinin Cənubi Qafqaz üçün də maraqlı ola biləcəyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladı.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırdı. Bu baxımdan dövlətimizin başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğuladı və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırdı.
Dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi.
Buyar Osmani ATƏT-in Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın ATƏT ilə əməkdaşlığına praktiki müstəvidə baxdığını qeyd etdi. Dövlətimizin başçısı bu xüsusda transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta Dəhliz kimi konsepsiyalar üzrə praktiki və praqmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılmasının mümkünlüyünü diqqətə çatdırdı.
Görüşdə, həmçinin Azərbaycanla Şimali Makedoniya arasında nəqliyyat, enerji və qarşılıqlı maraq doğuran digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu.
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama